Fələstin xalqının öz dövlətini qurmaq hüququ var - Misir XİN

Fələstin xalqının öz dövlətini qurmaq hüququ var - Misir XİN

Bakı. TurkicWorld:

Fələstin xalqının öz dövlətini qurmaq hüququ var.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Misir xarici işlər naziri Sameh Şükri Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Qəzzada tezliklə atəşkəs əldə edilməlidir. Müharibə başlayandan bəri Misir yardımların çatdırılması üçün səylərini davam etdirir", - deyə o vurğulayıb.

Sameh Şükri onu da qeyd edib ki, İsrail-İran arasındakı gərginliyin yayılma ehtimalı var.

X: Lamanasadli01