Embarqo, təcrid və bəzi məhdudiyyətlər aradan qaldırılmalıdır - Ersin Tatar

Embarqo, təcrid və bəzi məhdudiyyətlər aradan qaldırılmalıdır - Ersin Tatar

Bakı. TurkicWorld:

Şimali Kipr Türk Respublikasına 60 ildir davam edən embarqo, təcrid və bəzi məhdudiyyətlər indi aradan qaldırılmalıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib.

Tatar onu da vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası 2004-cü ildən bəri 20 ildir ki, embarqo və təcridlərin amansızcasına həyata keçirir.

"Türkiyə-Yunanıstan və Türkiyə-ABŞ münasibətlərində müsbət irəliləyişlər ədalətin bərqərar olması, Şərqi Aralıq dənizində Türk-Yunan balansının tənzimlənməsi, Kipr Türk xalqının haqlarının təmin edilməsi üçün əhəmiyyətli ola bilər", - deyə o əlavə edib.

Ersin Tatar onu da qeyd edib ki, Türk əsgərlərinin Kiprdə olması sülhün yeganə təminatçısıdır.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin dəvəti ilə Ersin Tatar Vaşinqtona səfər edib.

X: Lamanasadli01