Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi məcburidir

Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi məcburidir

Bakı. TurkicWorld:

Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi məcburidir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən gündəlik mətbuat konfransında bildirib.

Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrailin hücumları altında olan Qəzzada atəşkəs tələbi ilə bağlı qərarının məcburi olduğunu və tərəflərin buna əməl etməli olduğunu vurğulayıb.

“Biz tərəfləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulan öhdəliklərə əməl etməyə və lazımi addımları atmağa çağırırıq”, - deyə Lin Cien bildirib.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən, daimi və davamlı atəşkəsə çevriləcək qətnamə layihəsi qəbul edilib.

Müvəqqəti üzvlər Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub.

Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib, ABŞ bitərəf qalıb.

Hafiz Rufizoğlu