ABŞ-da Qəzza nümayişlərinə daha iki universitet qatılıb

ABŞ-da Qəzza nümayişlərinə daha iki universitet qatılıb

Bakı. TurkicWorld:

ABŞ-da Qəzza nümayişlərinə daha iki universitet qatılıb.

TurkicWorld xəbər verir ki, paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərində təhsil alan tələbələr Qəzza nümayişlərinə qatılıb.

Corctaun Universitetinin əsas şəhərciyinin ortasındakı böyük bağçaya toplaşan yüzlərlə tələbə “Azad Fələstin” və “Qəzzədə dərhal atəşkəs” kimi şüarlar səsləndiriblər.

Bəzi tələbələr polisin məhdud icazə verdiyi ərazilərdə çadır qurublar.

Paytaxtın ən böyük universitetlərindən biri olan Corc Vaşinqton Universitetinin əsas kampusunun bağçasına toplaşan yüzlərlə tələbə şüarlar səsləndirərək Qəzzaya dəstəklərini bildiriblər.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu