Son dəqiqə

Türkiyə ABŞ Fuat Oktay TBMM

TBMM ilə ABŞ Konqresi arasında daha konstruktiv əlaqələr qurulmalıdır

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisi ilə ABŞ Konqresi arasında daha konstruktiv əlaqələr qurulmalıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri və Ankara millət vəkili Fuat Oktay Vaşinqtonda çalışan türk mətbuat nümayəndələri ilə görüşü zamanı deyib.

“ABŞ ilə ümumi maraqlarımız olsa da, fikir ayrılığımız olan məsələlər də var. ABŞ-ın xüsusilə terror təşkilatı PKK-ya qarşı mübarizə bəhanəsi ilə başqa bir terror təşkilatı ilə ortaq olması qəbuledilməzdir", - deyə o vurğulayıb.

F.Oktay Türkiyənin Rusiyadan “Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı” (CAATSA) kimi tanınan S-400 hava hücumundan müdafiə sistemlərini alması zamanı Ankaraya tətbiq edilən sanksiyaların indi yenidən müzakirə edilməli və ləğv edilməli olduğunu vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər