Vaşinqtonun addımları regionda sülh və sabitliyə ciddi ziyan vurur – Çin MN

Vaşinqtonun addımları regionda sülh və sabitliyə ciddi ziyan vurur – Çin MN

Bakı, TurkicWorld:

Pekin ABŞ-ın Asiya-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirməsinə cavab verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian məlumat verib.

“Biz ABŞ-ın Asiya-Sakit okean regionunda orta mənzilli ballistik raketlər yerləşdirməsinə qəti şəkildə qarşıyıq və mövqeyimiz aydındır. Vaşinqtonun addımları sülh və sabitliyə ciddi ziyan vurur”, - deyə Qian bildirib.

Qeyd edək ki, hazırda Filippinin şimalında ABŞ-Filippin birgə təlimləri səbəbilə orta mənzilli raketlər yerləşdirilib.