Hakan Fidan Feysəl bin Ferhanla Qəzzadakı vəziyyəti müzakirə edib

Hakan Fidan Feysəl bin Ferhanla Qəzzadakı vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhanla telefonla danışıb.

TurkicWorld xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirlilib.

Görüşdə Qəzzada son vəziyyət və regional hadisələr müzakirə edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu