Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının Qəzza qətnaməsini alqışlayır

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının Qəzza qətnaməsini alqışlayır

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsini alqışlayır.

TurkicWorld xəbər verir ki, Krallıq həmçinin hərbi əməliyyatların dayandırılmasının daimi və davamlı atəşkəsə gətirib çıxaracağına ümid etdiyini bildirib.

Bəyanatda deyilir ki, Krallıq beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağında dinc əhaliyə qarşı hücumlarını dayandırmaq və iztirablara son qoymağın zəruriliyini vurğulamaq, Fələstin xalqına ümid vermək üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən, daimi və davamlı atəşkəsə çevriləcək qətnamə layihəsi qəbul edilib.

Müvəqqəti üzvlər Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub.

Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib, ABŞ bitərəf qalıb.

Hafiz Rufizoğlu