Bakı,TurkicWorld
Efiopiya Ərəb Liqasına üzv olmaq, öz ərazisində İslam institutlarını inkişaf etdirmək və ərəb dilini yaymaq istəyir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bunu Efiopiyanın baş naziri Abiy Əhməd deyib.
Əhməd eyni zamandaölkəsinin vətəndaşlarını ərəb dilini öyrənməyə çağırıb və tezliklə Efiopiyanın dövlət məktəblərində bu dilin tədrisinin məcburi olmasını tələb edəcəyini bildirib.
“Efiopiya müsəlmanlarının ikinci dərəcəli vətəndaşlar kimi qəbul edilməsi çoxdan bəri davam edən bir məsələdir və bu çox səhv yanaşmadır. Ölkədə bütün efiopiyalılara bərabər hüquq və vəzifələrə malik vətəndaşlar kimi baxırılacaq. İnsanlar arasında dini ayrıseçkilik ediləməyəcək”-deyə o bildirib.
Baş nazir onu da bildirib ki, dünyəvi dövlət olmasına baxmayaraq, ölkəsi İslam tarixində ciddi önəmə sahibdir.
“Məhəmməd Peyğəmbər öz səhabələrinə Həbəşistana hicrət etməyi əmr etdiyi andan İslam Efiopiyanı şərəfləndirdi”-deyə Əhməd qeyd edib.
Ərəb dilinin öyrənilməsi və öyrədilməsinin çox mühüm məsələ olduğunu vurğulayan Baş nazir Nəcaşilərin həm Geez, həm də ərəb dilini mükəmməl bildiyini xatırladıb.
“Mən Təhsil Nazirliyindən ərəb dilini dövlət məktəblərində tədris olunan dillərdən birinə çevirməyi xahiş edəcəm. Efiopiya ərəb dünyası sülhünün bir hissəsi olacaq”-deyə o bildirib.