HƏMAS-ı məhv edəcəyik - Netanyahu

HƏMAS-ı məhv edəcəyik - Netanyahu

Bakı. TurkicWorld:

HƏMAS-ı məhv edəcəyik və heç kim bizi dayandıra bilməyəcək.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib.

O qeyd edib ki, heç bir xarici təzyiq ölkənin HƏMAS qruplaşması məhv edilənə və girovların azad edilməsinə nail olana qədər onunla müharibəni davam etdirməsinə mane olmayacaq.

“Biz bütün məqsədlərimizə çatana qədər, o cümlədən girovları nəyin bahasına olursa-olsun azad etmək üçün razılığa gələnə qədər müharibə edəcəyik. Müharibəyə görə, İsrail həm daxili həm də xarici təzyiq altındadır”-deyə o bildirib.
Qeyd edək ki, 2023-cü il noyabrın 24-dən dekabrın 1-dək HƏMAS və İsrail arasında bir həftə ərzində atəşkəs əldə edilmiş, əsir mübadiləsi aparılıb və Qətər-Misir-Amerika vasitəçiliyi ilə çox məhdud humanitar yardım Qəzzaya gətirilib.
Təl-Əviv Qəzzada təxminən 134 israilli məhbus olduğunu təxmin edir, hər iki tərəfin rəsmi mənbələrinə görə, həbsxanalarında ən azı 8800 fələstinli saxlanılır.

2023-cü il oktyabrın 7- dən etibarən İsrail Qəzza zolağında dağıdıcı müharibə aparır ki, bu da çoxu uşaq və qadınlardan ibarət on minlərlə dinc sakinin həlak olması ilə yanaşı, misli görünməmiş humanitar fəlakətə səbə olub. Buna cavab olaraq, Tel Aviv soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılıb.