İŞİD beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir - BMT

İŞİD beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir - BMT

Bakı. TurkicWorld:

İŞİD terror təşkilatı beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov bildirib.

Voronkov onu da qeyd edib ki, İŞİD-in daha əvvəl yüz milyonlarla maliyyə ehtiyatları 10-25 milyon dollara qədər azalıb.

"Üzv ölkələrin əldə etdiyi əhəmiyyətli irəliləyişlərə baxmayaraq, İŞİD terror təşkilatı təkcə münaqişə bölgələrində deyil, ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyi hələ də təhdid edir", - deyə o vurğulayıb.

X: Lamanasadli01