İraq İŞİD-in mövqelərinə zərbələr endirib

İraq İŞİD-in mövqelərinə zərbələr endirib

Bakı, TurkicWorld

İraq silahlı qüvvələri İŞİD-in ölkənin şərqindəki mövqelərinə zərbələr endirib.

TurkicWorld xəbər verir ki, İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı ölkənin şərqində yerləşən Həmrin dağlarında İŞİD silahlılarının mövqelərinə hava zərbəsi endirib.

“F-16 qırıcıları Diyala bölgəsindəki Həmrin dağlarında İŞİD-in sığınacaqlarına dəqiq hava zərbələri endiriblər”, - deyə komandanlığın bəyanatında bildirilib.