Bakı. TurkicWorld:
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalındakı Hakurk bölgəsində son bir həftə ərzində həyata keçirdiyi əməliyyatlarda aralarında sözdə təşkilat liderlərinin də olduğu 15 terrorçu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik mənbələri məlumat yayıb.
Məlumata əsasən, MİT Türkiyə Silahlı Qüvvələrinin (TSK) bölmələri və sərhəd məntəqələrinə qarşı əməliyyata hazırlıq məqsədilə təşkil edilən terror qruplaşmasının kimliyini müəyyən edib və 15 terrorçu zərərsizləşdirilib.