Son dəqiqə

Türkiyə PKK Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

MİT İraqın şimalında əməliyyat keçirib

Bakı, TurkicWorld

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində həyata keçirdiyi əməliyyatla PKK/KCK terror təşkilatının liderlərindən birini zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, MİT-in kəşfiyyat məlumatlarına əsasən, Sadiyə Məhəmməd Əhməd PKK/KCK-nın Sincardakı kəşfiyyat strukturuna rəhbərlik edib.

Onun fəaliyyətləri anbaan izlənib və MİT-in dəqiq kəşfiyyat və əməliyyat imkanları sayəsində ələ keçirilərək zərərsizləşdirilib.

Sadiyə Məhəmməd Əhməd 2001-ci ildə "Hevi" kod adı ilə PKK-ya qoşulub. Suriyanın müxtəlif bölgələrində və İraqın Qəndil, Kərkük, Mahmur və Sincar bölgələrində fəalliyyət göstərərək bir müddət PKK/KCK-nın Mahmur düşərgəsində Xarici Əlaqələr məmuru vəzifəsini yerinə yetirib.

O, Mahmur və Sincar arasındakı əlaqəni PKK/KCK adından koordinasiya edərək, təşkilatın kəşfiyyat fəaliyyəti ilə məşğul olub.

Əhmədin fəaliyyəti ifşa edildikdən sonra MİT onun zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

Mövzuya görə xəbərlər