Bakı. TurkicWorld
İraqdakı Sadr hərəkatının lideri “Suriyaya qarışmamağın zəruriliyini” vurğulayıb və Bağdad hökumətini “təhlükəsizliyi pozan hər kəsi cəzalandırmağa” çağırıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Müqtəda Əl-Sədr cümə axşamı günü “X” platformasında yazıb ki, o, “qonşu Suriyadakı vəziyyəti diqqətlə izləyir”.
“Bizim bütün məzhəbləri ilə birlikdə onun azad insanları üçün dua etməkdən başqa çarəmiz yoxdur. Allahın onları bəladan, terrordan, ədalətsizlikdən, qaranlıqdan və xarici müdaxilədən qoruyacağına ümid edirəm”.-deyə Müqtəda bildirib.
Əl-Sədr Suriya hökumətinə dəstək verməkdən çəkinib və deyib : “Biz Suriyanın işlərinə qarışmamaq və xalqın qərarlarına qarşı çıxmamaq mövqeyimizi qoruyub saxlayırıq, çünki yalnız Suriya xalqı öz müqəddəratını həll edə bilər”
Qeyd edək ki, bundan əvvəl Əbu Məhəmməd əl-Culani kimi tanınan “Heyat Təhrir əl-Şam” təşkilatının lideri cümə axşamı günü İraqın baş naziri Məhəmməd Şia əl-Sudanini “İraqı Suriya müharibəsindən uzaqlaşdırmağa və xalqdan döyüşçülərin göndərilməsinin qarşısını almağa” çağırıb.