Son dəqiqə

PKK Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

MİT PKK-ya qarşı əməliyyat keçirib

Bakı, TurkicWorld

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK/KCK-nın Suriyadakı kəşfiyyat strukturunun məsul şəxsləri adlandırılan Yılmaz Kod Serhat Özmeni xaricdə zərərsizləşdirərək Türkiyəyə gətirib.

TurkicWorld xəbər verir ki, 2014-cü ildə PKK/KCK-ya qoşulan Serhat Özmenin bir çox bölgədə silahlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib. Terrorçu ÖZMEN 2018-ci ildə təşkilatın kəşfiyyat heyətinə qatılıb.

Təşkilatın Suriyadakı kəşfiyyat fəaliyyətlərində fəal iştirak edən PKK/KCK üzvü Özmen 2023-cü ilin əvvəlindən təşkilatın İraqdakı kəşfiyyat strukturunda fəallıq göstərib.

Mövzuya görə xəbərlər