Son dəqiqə

İraq Bəhreyn

Gulf Air Bəhreyn və İraq arasında uçuşları bərpa edəcək

Bakı. TurkicWorld:

Bəhreynin milli aviadaşıyıcısı Gulf Air, Bəhreyn və İraq arasında uçuşları bərpa edəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Gulf Air Group-un sədri Zayed Al-Zayani açıqlama verib.

O, Bəhreyn və İraq arasında birbaşa uçuşların başlanmasını yüksək qiymətləndirib və bu mərhələnin aviaşirkətin şəbəkəsinin genişləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.

Uçuş cədvəlinin elanı bütün rəsmi prosedurlar başa çatdıqdan sonra həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, 1974-cü ildə Gulf Air İraq Respublikasına ilk uçuşunu həyata keçirib. Bəhreynin milli aviadaşıyıcısının İraqa uçuşları, koronavirus epidemiyası səbəbindən uçuşlar dayandırılan 2020-ci ilə qədər İraqın Bağdad, Nəcəf və Ərbil şəhərlərinə davam edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər