Türkiyədə olduğu kimi Şimali Kiprdə də müdafiə sahəsinə investisiyalar qoyula bilər - Tatar

Türkiyədə olduğu kimi Şimali Kiprdə də müdafiə sahəsinə investisiyalar qoyula bilər - Tatar

Bakı. TurkicWorld:

Türkiyədə olduğu kimi Şimali Kipr Türk Cümhuriyyətində də milli müdafiə sənayesinə müəyyən investisiyalar qoyula bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bildirib.

Tatar onu da qeyd edib ki, müdafiə sənayesi üçün Şimali Kiprdə böyük potensial var.

"Geçitkale və Ercan Hava Limanında, həmçinin, havada milli təhlükəsizliyin təmin edilməsində ciddi işlər görülməlidir", - deyə o əlavə edib.

E.Tatar onu da vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyəti türk dünyasının Aralıq dənizinə açılan qapısıdır.

X: Lamanasadli01