Son dəqiqə

İsveç Qurani-Kərim

İsveç Salvan Momikanı doportasiya edəcək

Bakı. TurkicWorld:

İsveç Salvan Momikanı Qurani-Kərimi yandırdığına görə doportasiya edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə İsveç İmmiqrasiya Məhkəməsi qərar qəbul edib.

İsveç dövlət radiosu SR, İmmiqrasiya Məhkəməsinin Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikaya qarşı İmmiqrasiya İdarəsinin verdiyi deportasiya qərarını təsdiqlədiyini bildirib.

Məhkəmə Momikanın yaşayış icazəsi ərizəsi ilə bağlı yalan məlumat verdiyini və buna görə deportasiya qərarı verildiyini açıqlayıb.

Xatırladaq ki, İmmiqrasiya İdarəsi 2023-cü ilin oktyabrında Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu və bu tarixdən sonra deportasiya ediləcəyini açıqlamışdı.

Momika qərardan apellyasiya şikayəti verib və işi İmmiqrasiya Məhkəməsinə aparıb.

Məlumat üçün bildirək ki, 2023-cü il iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

11-12 avqust tarixlərində isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər