BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hafizlik təhsilini başa vuran tələbələr üçün təşkil edilən mərasimdə iştirak edib.
TurkicWorld xəbər verir ki, mərasim Çamlıca Camii məscidində keçirilib. Tədbirdə Milli Təhsil İdarəsinə bağlı imam-hatib məktəbləri və müftiliyə bağlı Quran kurslarında təhsil alan 333 tələbəyə hafizlik sertifikatı verilib.
Məlumata görə, prezident proqram çərçivəsində tələbələrlə görüşərək onları təbrik edib və mərasim zamanı Qurani-Kərim-dən Bəqərə surəsinin ilk beş ayəsini oxuyub.
Tədbirdə Türkiyənin Diyanət İşləri qurumunun rəhbərliyi də iştirak edib. Rəsmi mərasimdə hafizlik təhsilini uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub.






