Son dəqiqə

BMT İsrail Qəzza zolağı Antonio Quterreş

BMT Baş katibi Nyu-Yorkda UNRWA-nın əsas donorları ilə görüşəcək

Bakı. TurkicWorld:

BMT Baş katibi Antonio Quterreş bu gün Nyu-Yorkda Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əsas donorları ilə görüşəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Hazırda UNRWA və onun Qəzza, Şərqi Qüds, İordan çayının qərb sahili, Livan və Suriyada xidmət etdiyi milyonlarla insan üçün vəziyyət o qədər də parlaq deyil. İsrailin UNRWA əməkdaşlarına qarşı iddiaları həm BMT-nin Daxili Nəzarət Xidmətləri Ofisi (OIOS) tərəfindən, həm də UNRWA-nın özü tərəfindən aparılan müstəqil araşdırmalar vasitəsilə araşdırılıb.” - deyə Dujarrik bildirib.

O qeyd edib ki, BMT-nin təkcə Qəzzada deyil, bütün regionda kritik humanitar işini dəstəkləmək vacibdir.

Məlumat üçün qeyd edək ki, mövcud vəziyyət davam edərsə, UNRWA-nın fevraldan sonra maliyyə imkanları tükənəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər