Britaniya və Kanada hökumətləri yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar

Britaniya və Kanada hökumətləri yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar

Bakı. TurkicWorld:

Britaniya və Kanada hökumətləri kənd təsərrüfatı məhsullarına rüsumlarla bağlı fikir ayrılıqlarına görə yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya hökumətinin nümayəndəsi məlumat yayıb.

Britaniya və Kanada iki il əvvəl “Brexit”dən sonra yeni ticarət sazişi üzrə danışıqlara başlayıb.

O vaxtdan ölkələr arasında ticarət əlaqələri keçid sazişi ilə tənzimlənir.