Britaniyada silah zavodunda partlayış baş verib

Britaniyada silah zavodunda partlayış baş verib

Bakı. TurkicWorld:

Britaniyanın “BAE Systems” müdafiə şirkətinin zavodunda partlayış baş verib.

TurkicWorld xəbər verir ki, Uelsin cənubundakı Qlaskoyd kəndi yaxınlığında yerləşən şirkətdə 500-dən çox işçi çalışır. Orada silah və sursat istehsal olunur.

Partlayış nəticəsində xəsarət alan olmayıb və yerli sakinlər üçün heç bir təhlükə yoxdur.