Bakı. TurkicWorld:
ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni necə həll etmək niyyətində olmasına dair təsəvvürümüz yoxdur.
TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, rusiyalı diplomatlar bu məsələ ilə bağlı Trampla təmasda olmayıb: “Bunun necə həyata keçə biləcəyinə dair təsəvvürümüz yoxdur. Bu məsələ ilə bağlı heç bir təmas olmayıb”.
Xatırladaq ki, D.Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxış edərkən Rusiya-Ukrayna münaqişəsinin başa çatmasına dair şərtləri açıqlayıb.
Qeyd edək ki, Tramp daha əvvəl də prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıra biləcəyi barədə açıqlamalar verib.