Bakı. TurkicWorld:
Rusiya Prezidenti Vladimir Putin ölkəyə işgüzar səfərə gələn İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.
TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, Kremldə təşkil olunan danışıqlarda daha çox ikitərəfli məsələlər diqqət mərkəzində olub.
Görüş zamanı liderlər, həmçinin regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi dekabrın 7-də Rusiyanın paytaxtı Moskvaya gedib.