Son dəqiqə

Niger

Niger Aİ ilə hərbi əməkdaşlığı ləğv edib

Bakı. TurkicWorld:

Niger Avropa İttifaqının (Aİ) Niameydə missiyasının yerləşdirilməsi üçün verdiyi icazəni ləğv edərək, Aİ ilə hərbi əməkdaşlığı ləğv etdi.

TurkicWorld-un məlumatına görə, bu barədə "Reuters" agentliyi ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Aİ-nin "EUCAP Sahel Niger" missiyası 2012-ci ildə yaradılmışdır. Avropa İttifaqının xarici siyasət xidmətinin məlumatına görə, onun məqsədi Nigerin daxili təhlükəsizlik sektorunu və müxtəlif təhdidlərə qarşı mübarizə qabiliyyətini gücləndirməkdir.

Mövzuya görə xəbərlər