Son dəqiqə

İsrail Qəzza zolağı

Qəzza İslam Universitetinin rektoru və ailəsi bombardıman nəticəsində həlak olub

Bakı. TurkicWorld:

Qəzza İslam Universitetinin rektoru Prof. Dr. Süfyan Taye və ailəsi İsrailin Qəzza zolağını bombardıman etməsi nəticəsində həlak olub.

TurkicWorld-un məlumatına görə, İsrail döyüş təyyarələrinin Cibaliyənin Əl-Faluce bölgəsində həyata keçirdiyi hücumlarda Tayenin evi hədəfə alınıb.

Fələstinli fizika professoru Sufyan Tayeh həm akademik, həm də peşəkar olaraq Qəzza zolağında aparıcı və uğurlu həkimlər sırasında idi.

Nəzəri fizika və tətbiqi riyaziyyat üzrə professor dərəcəsinə sahib olan Tayeh 2021-ci ildə dünya üzrə tədqiqatçıların ən yaxşı iki faizi arasında olub.

Fələstində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Fizika, Astrofizika və Kosmos Elmləri üzrə sədri vəzifəsinə təyin edilmiş prof. Dr. Tayeh "Gənc Ərəb Alimləri" Əbdülhəmid Şuman mükafatını qazanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər