İtaliya Qəzza zolağında səhra xəstəxanası açacaq

İtaliya Qəzza zolağında səhra xəstəxanası açacaq

Bakı. TurkicWorld:

İtaliya Qəzza zolağında səhra xəstəxanası açacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto deyib.

Nazir bildirib ki, Baş Qərargah artıq Fələstin anklavının cənubunda yerləşəcək xəstəxana üçün müvafiq infrastrukturu hazırlayır.

Q.Krozetto İtaliyanın Qəzzaya yardım etməyə başlayan ilk ölkələr arasında olduğunu vurğulayaraq, bununla da Fələstin-İsrail münaqişəsinin hər iki tərəfi ilə münasibətlərdə tarazlığın qorunmasını vurğuladı.