Son dəqiqə

Pakistan

Pakistanda ticarət mərkəzində yanğın - Ölənlər var

Bakı. TurkicWorld:

Pakistanda ticarət mərkəzində yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə Kəraçi şəhərində ticarət mərkəzində qeydə alınıb. Hadisə nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Altı mərtəbəli binanın dördüncü mərtəbəsində yanğın baş verən zaman ticarət mərkəzində 60-dan çox şəxs olub.

Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub.

Mövzuya görə xəbərlər