Son dəqiqə

İsrail Böyük Britaniya Qəzza zolağı

Qəzzada atəşkəs çağırışlarını dəstəkləmirik – Böyük Britaniya

Bakı. TurkicWorld:

Qəzzada atəşkəs çağırışlarını dəstəkləmirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Böyük Britaniya Baş Nazirliyindən açıqlama verilib.

“Bu mərhələdə bizim mövqeyimiz ondan ibarətdir ki, atəşkəsin HƏMAS-a fayda verməsini istəmirik”. dedi. Biz Qəzza və İordan çayının qərb sahilində yaşaya bilən və suveren Fələstin dövlətinin, eləcə də təhlükəsiz İsrailin mövcudluğunu təmin edəcək danışıqlar yolu ilə həll yolunu dəstəkləyirik və region liderləri ilə keçirdiyimiz bütün görüşlərdə bunun tərəfdarıyıq”. – deyə Baş nazirliyin açıqlamasında bildirilib.

Oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 328 nəfərə çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər