Son dəqiqə

Rusiya Vladimir Putin

Putinin ənənəvi mətbuat konfransının vaxtı açıqlanıb

Bakı. TurkicWorld:

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı dekabrın 14-ü keçirilə bilər.

TurkicWorld bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, bu il mətbuat konfransı ilə ənənəvi “Birbaşa xətt” yayımı birləşdiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Putinin nə geniş mətbuat konfransı, nə də “Birbaşa xətt” canlı yayımı keçirilməyib. Putinlə sonuncu “Birbaşa xətt” 2021-ci ilin iyununda, mətbuat konfransı isə 2021-ci il dekabrın 23-ü baş tutub.

Mövzuya görə xəbərlər