Son dəqiqə

Türkiyə NATO İsveç Macarıstan Yens Stoltenberq

İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qəbul etməyin vaxtıdır – Katalin Novak

Bakı. TurkicWorld:

İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qəbul etməyin vaxtıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Macarıstan prezidenti Katalin Novak deyib.

O, NATO-nun Brüsseldəki qərargahında NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb və birgə mətbuat konfransı keçirib.

"NATO-ya üzvlüklə bağlı qərarları parlament verir. Bu, Macarıstan parlamentinin üzvləri tərəfindən veriləcək suveren qərardır" – deyə Novak bildirib.

"Macarıstan hökuməti dəfələrlə bildirib ki, o, İsveçin üzvlüyünü təsdiqləyən sonuncu NATO müttəfiqi olmayacaq. Biz Macarıstanın bu öhdəliyi yerinə yetirəcəyinə inanırıq. Macarıstan parlamenti heç bir gecikmə olmadan təsdiqlə bağlı səs verməlidir. İsveç öz öhdəliklərini yerinə yetirdi. Hesab edirik ki, onun üzvlüyü NATO-nu daha da gücləndirəcək.” – deyə NATO baş katibi Yens Stoltenberq deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.

Qeyd edək ki, 25 oktyabr tarixində isə İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə göndərilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər