Bakı. TurkicWorld:
Fələstin prezidenti Mahmud Abbasın konvoyuna hücum təşkil edilib.
TurkicWorld xəbər verir ki, hücum zamanı bir mühafizəçi yaralanıb.
Qeyd edək ki, İordan çayının qərb sahilində Fələstin təhlükəsizlik agentliyinin tərkibində təşkil edildiyi iddia edilən Əbu Cəndalın oğulları qruplaşması dünən Mahmud Abbasa İsrailə qarşı hərəkətə keçməsi üçün 24 saat vaxt verib. Müddət bitdiyi üçün Abbasa hücum edilib.







