Son dəqiqə

Türkiyə Almaniya Məscid

Almaniyadakı məscidlərə irqçi təhdidlər yer alan paketlər göndərilib

Bakı. TurkicWorld:

Almaniyada 3 məscidə irqçi təhdidlərin yer aldığı paketlər göndərilib

TurkicWorld-un məlumatına görə, bu barədə Almaniyanın Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) bildirib.

DİTİB-ə bağlı məscidlərə göndərilən paketlərdə türk və alman dillərində irqçi təhdid və təhqirlər, yandırılmış Quran səhifələri, donuz əti və nəcis də olub.

Paketlər, 27 oktyabr cümə günü Castrop-Rauxel Mövlana məscidinə, 28 oktyabr şənbə günü Recklinghausen Mərkəzi Məscidinə və 30 oktyabr bazar ertəsi Bohum Mərkəzi Məscidinə göndərilib.

"Həmişə olduğu kimi, təxribatlara qarşı ləyaqətli mövqeyimizdən güzəştə getməyəcəyik. Oxşar hücumların davam etməsi cəmiyyətdə ciddi narahatlıq yaradacaq. Hadisəni törədən və planlayanların tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunmasını tələb edirik” – deyə DİTİB-in bəyanatında bildirilib.

Məlumat üçün qeyd edək ki, paketləri göndərənlərə qarşı cinayət işi açılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər