Bakı. TurkicWorld:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatı bu ilin ikinci rübündə gözləntilərə uyğun olaraq 2,1 faiz artıb.
TurkicWorld-un məlumatına görə, ABŞ Ticarət Departamenti aprel-iyun ayları üçün Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarına dair yekun təxminlərini açıqlayıb.
Ölkənin ÜDM-i ilə bağlı iyul ayında açıqlanan ilkin məlumatlarda ilin ikinci rübündə iqtisadiyyatın 2,4 faiz, avqust ayında açıqlanan ikinci hesablamalarda isə 2,1 faiz artdığı qeyd edilib.
İkinci rübdə ABŞ iqtisadiyyatının böyüməsində, qeyri-yaşayış sahələrinə əsas investisiyaların, istehlak xərclərinin, dövlət və yerli hökumətlərin xərclərinin artımı təsirli olmuşdur.
Məlumat üçün qeyd edək ki, eyni dövrdə ABŞ-da ixrac və idxal da azalıb.
Hafiz Rufizoğlu







