Benində neft anbarında baş verən yanğında 34 nəfər ölüb

Benində neft anbarında baş verən yanğında 34 nəfər ölüb

Bakı. TurkicWorld:

Beninin şərqində neft məhsulları anbarında yanğın olub, azı 34 nəfər həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə rəsmi qurumlar məlumat yayıb. Bundan əvvəl Benin KIV 30-a yaxın öldüyünü bildirmişdi.

Yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib. Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.

Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.