Son dəqiqə

Türkiyə Afrika Niger Türkiyə XİN açıqlaması hərbi çevriliş

Türkiyə Nigerə dəstəyini açıqladı

BAKI,TurkicWorld Orxan Qədirzadə

Nigerin paytaxtı Niameydə hərbi qiyam cəhdi və zorakılıq hadisələri baş verib. Məlumata görə, qiyam cəhdində Tillaberi və Dosso bölgələrindən olan gənc zabitlər iştirak edib.

Türkiyə Xarici İşlər Nazirliyi isə hadisələri yaxından izlədiyini açıqlayaraq Nigerin təhlükəsizliyi və sabitliyinin qorunması üçün təmkinə çağırıb. Ankara Niger xalqı ilə həmrəyliyini və ölkəyə dəstəyini davam etdirəcəyini bildirib.

Niger, Mali və Burkina-Fasonun daxil olduğu Sahel Dövlətləri Konfederasiyası da Niger hökumətinə tam dəstək verdiyini açıqlayıb. Konfederasiya hadisəni “sabitliyi pozmaq cəhdi” və “xəyanət” kimi qiymətləndirib.

Nigerin müdafiə naziri Salifou Mody isə bildirib ki, avqustun 28-dən 29-na keçən gecə bir qrup hərbçi Niameydəki 101 saylı aviabazada bəzi əsgərləri kazarmada saxlamağa çalışıb və paytaxtdakı strateji mövqelərə atəş açıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra vəziyyətin nəzarətə götürüldüyü açıqlanıb.

Mövzuya görə xəbərlər