Bakı, TurkicWorld
Nigerdə törədilən terroru şiddətlə qınayırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
Nazirlik Nigerin Tillaberi bölgəsində, Burkina Faso ilə sərhədə yaxın Tassia kəndində törədilən terror aktını pisləyib.
“Dünən Nigerin Tillaberi bölgəsində həyata keçirilən terror aktı nəticəsində çoxlu sayda insan tələfatının və yaralananların olduğunu dərin kədər hissi ilə öyrəndik. Biz bu hücumu şiddətlə qınayırıq” – deyə bəyanatda qeyd edilib.
Nazirlik həyatını itirlənlərə baş sağlığı diləyib.
Hafiz Rufizoğlu