Rusiyanın Afrika Korpusu Nigerdə ​​yerləşdirilib

Rusiyanın Afrika Korpusu Nigerdə ​​yerləşdirilib

Bakı,TurkicWorld

Rusiyanın Afrika Korpusu Nigerdə ​​yerləşdirilib,

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Niger Rusiya ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb “Afrika Korpusu” kimi tanınan “Vaqner” qrupunun qoşunları 1100 amerikalı əsgərin yerləşdiyi Niger ərazisinə yerləşdirilməyə başlayıb.

Vagner döyüşçülərinin yerləşdirilməsi, dünyanın ən kasıb ölkələrindən birində nüfuz uğrunda yeni mübarizəni ortaya qoyur. Niger mənbələri Vagner döyüşçülərinin ölkədə yerləşdirilməsi danışıqlarının gizli aparıldığını bildirib.

Rusiya tərəfi ilə saziş üzrə danışıqlar gizli aparılıb və bir neçə həftə davam edib.

Mənbələr bildirirlər ki, Afrika korpusunun ilk əsgərləri çərşənbə günü Fransa əsgərlərinin ölkəni tərk etməzdən əvvəl yerləşdirildiyi Niamey Hərbi Hava Limanına enən Rusiyanın İL-76 yük təyyarəsi ilə gəlib.