Bakı. TurkicWorld:
Avstraliya 2029-2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir.
TurkicWorld xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasında Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq deyib.
Vonq çıxışının çox hissəsini "böyük güclər arasında" artan hərbi münaqişə riski mövzusuna həsr edib.
Avstraliyanın xarici siyasət departamentinin rəhbəri, həmçinin, qeyd edib ki, Hind-Sakit okean regionunda da strateji etimadın olmaması fonunda görünməmiş hərbi güc artımı var.
"Hərbi güc nümayişi genişlənir, lakin hərbi münaqişənin qarşısını almaq məqsədilə heç bir tədbir yoxdur və bunun qarşısını almaq üçün konkret mexanizmlər azdır", - deyən Vonq hərbi qarşıdurma riskini minimuma endirməyin vacib olduğunu diqqətə çatdırıb.