Son dəqiqə

COVİD-19 Şahmar Mövsümov

Azərbaycanın istifadə etdiyi peyvənd tam təhlükəsizdir - Şahmar Mövsümov

Azərbaycanın istifadə etdiyi peyvənd tam təhlükəsizdir.

Turkic.World-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, eyni zamanda Azərbaycanın istifadə etdiyi peyvənd effektivdir: “Sizə bir rəqəm deyim, özünüz biləcəksiniz. Peyvəndləmə başlayandan sonra bu günə qədər Azərbaycanda koronavirusdan vəfat edən insanların 99 faizi peyvənd olunmayanlardır”.

Mövzuya görə xəbərlər