Bakı TurkicWorld:
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ nəticəsində dağılan Azərbaycan prospektini dövlətimiz bərpa edəcək.
Bunu Kahramanmaraşda TurkicWorld-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan prospektində bərpa işləri aparılır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə vəfat edənlərin sayı 50 mini ötüb.