Ermənistan tərəfinin növbəti təxribatı ilə bağlı cinayət işi başlanılıb

Ermənistan tərəfinin növbəti təxribatı ilə bağlı cinayət işi başlanılıb

Bakı. TurkicWorld:

11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Bu barədə TurkicWorld-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə məlumatda qeyd olunub.