Bakı. TurkicWorld:
Türkiyənin "Qalatasaray" futbol klubu Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edərək, Spor Toto Super Liqasında Türkdilli dövlətlərin vətəndaşı olan futbolçuların əcnəbilər deyil, yerli kvotalara daxil edilməsini təklif edəcək.
TurkicWorld-un məlumatına görə, bir müddətdir bu istiqamətdə çalışan Qalatasaray idarəçiləri, Portuqaliya ilə Braziliya arasındakı münasibəti TFF-yə nümunə göstərəcək.
Portuqaliya və Braziliya arasında bağlanmış xüsusi razılaşmalara əsasən, hər iki ölkənin vətəndaşları iki ölkə arasında vizasız sərbəst hərəkət edə və iş icazəsi olmadan işləyə bilərlər.
Xatırladaq ki, mart ayının 26-da Bakıda Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında xeyriyyə matçı keçirilib. Matç 2-1 Qalatasarayın qələbəsi ilə yekunlaşıb.