Son dəqiqə

Fələstin İsrail Qəzza Yaxın Şərq humanitar vəziyyət Qəzza Səhiyyə Nazirliyi

Qəzza Səhiyyə Nazirliyi iyul ayı üzrə itkilərin statistikasını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza Səhiyyə Nazirliyi iyul ayında Qəzza zolağında 152 nəfərin həlak olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, bu göstərici ilin əvvəlindən bəri qeydə alınan ən yüksək aylıq ölüm sayıdır.

Nazirlik bildirib ki, həyatını itirənlər arasında 21 uşaq, 14 qadın və 4 yaşlı şəxs var.

Qurum ölənlərin ümumi sayının və onların yaş qrupları üzrə bölgüsünün iyul ayı ərzində qeydə alınan məlumatlar əsasında hazırlandığını qeyd edib.

Qəzza Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər