Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Yaxın Şərq Fələstin Səhiyyə Nazirliyi hərbi əməliyyatlar yaralılar humanitar vəziyyət İtkilərin kompensasiyası

Qəzzada son sutkada səkkiz fələstinli həyatını itirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatları davam etdiyi bir vaxtda son sutka ərzində səkkiz fələstinli həyatını itirib, on yeddi nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi gündəlik məlumatında bildirib.

Məlumata görə, bir sıra insanların cəsədləri dağıntılar altında və yolların kənarında qalıb. Təcili tibbi yardım və mülki müdafiə əməkdaşları davam edən hücumlar səbəbindən həmin ərazilərə hələ də çata bilmirlər.

Nazirliyin açıqlamasına əsasən, 2025-ci il oktyabrın 11-də qüvvəyə minmiş atəşkəsdən bu günədək Qəzza zolağında 1084 nəfər həyatını itirib, 3491 nəfər yaralanıb. Həmin dövr ərzində dağıntılar altından 799 nəfərin cəsədi çıxarılıb.

Mövzuya görə xəbərlər