Son dəqiqə

iş yerində stress psixoloji risklər iş sağlamlığı uzun iş saatları iş yerində stress ölüm səbəbi psixoloji risklərin təsiri 2026 uzun iş saatlarının zərərləri iş mühitində psixi sağlamlıq problemləri Beynəlxalq Əmək Təşkilatı hesabatı ürək xəstəlikləri və iş stressi

İş mühiti necə öldürür? - Hər il 840 min insan iş yerində can verir

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Dünyada iş mühitində psixoloji və sosial risklər ciddi qlobal sağlamlıq probleminə çevrilib.

TurkicWorld xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayımlanan son hesabatda iş yerində stress, uzun iş saatları və psixoloji təzyiqlərin hər il təxminən 840 min insanın ölümünə səbəb olduğu bildirilib.

Hesabatda qeyd olunur ki, bu ölümlər əsasən ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqəlidir. Məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə aparılan analizlərə əsaslanır.
Araşdırmaya görə, iş mühitində psixoloji risklərin əsas səbəbləri yüksək stress səviyyəsi, uzun və yorucu iş saatları, iş yerində təzyiq və ya təqib, əmək və mükafat arasında balanssızlıq və iş təhlükəsizliyinin zəifliyidir.

Ekspertlər vurğulayır ki, bu amillər təkcə işçilərin psixi sağlamlığına deyil, eyni zamanda fiziki sağlamlığına da ciddi təsir göstərir.

Hesabatda həmçinin qeyd edilir ki, bu problemlərin iqtisadi təsiri də böyükdür. Psixoloji risklərlə əlaqəli xəstəliklərin qlobal iqtisadiyyata illik təsiri dünya ümumi daxili məhsulunun təxminən 1.37 faizi həcmində qiymətləndirilir.

Qurum tövsiyə edir ki, iş yerlərində psixoloji risklərin qarşısının alınması üçün dövlət qurumları, işəgötürənlər və işçilər arasında əməkdaşlıq gücləndirilməli, həmçinin daha effektiv profilaktik tədbirlər həyata keçirilməlidir.