BAKI, TurkicWorld
“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan TurkicWorld-a verilən məlumata görə, “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.
Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.






