Türkiyənin ilk silahlı pilotsuz dəniz aparatı ULAQ-ın kütləvi istehsalına başlanılıb

Türkiyənin ilk silahlı pilotsuz dəniz aparatı ULAQ-ın kütləvi istehsalına başlanılıb

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan Meteksan Müdafiə və Ares Gəmiqayırma Zavodu tərəfindən Türkiyənin ilk silahlı pilotsuz dəniz aparatı (SİDA) olan ULAQ-ın sınaq və təlimlərdəki müvəffəqiyyətlərindən sonra kütləvi istehsalına başlanılıb. TurkicWorld-un məlumatına görə, Ares Gəmiqayırma Zavodunun Pilotsuz Aparatlar üzrə Layihə Meneceri Onur Yıldırım bildirib ki, ULAQ layihəsi Meteksan Müdafiə və Ares Gəmiqayırma Zavodunun öz sərmayələri hesabına həyata keçirdiyi layihədir.

Yıldırım qeyd edib ki, gəminin L-Umtas/Cirit konfiqurasiyalı silah sistemi sökülüb və Koralp 12,7 mm stabilləşdirilmiş silah sistemi platformaya inteqrasiya edilib.

“Gəminin 2020-ci ildə dəniz və quru sınaqlarına başlanılıb. 2021-ci il “Deniz Kurdu” Təlimində gəmilər arasında 5 kilometr uzaqlıqdakı hədəfə iki Cirit raketi ilə məhv edib. Bununla yanaşı, faktiki atış sınaqlarınıda bu ilin yanvar ayında uğurla tamamlayıb.” – deyə o açıqladı.

Qeyd edək ki, ULAQ SİDA-nın uzunluğu 11 metr, sürəti isə 40,3 km/saatdır.