Türkiyə Müdafiə sənayesində süni intellekt klasteri yaradılıb

Türkiyə Müdafiə sənayesində süni intellekt klasteri yaradılıb

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə sənayesində süni intellekt klasteri yaradılıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə Müdafiə Sənayesi süni intellekt klasteri (SAYZEK) müdafiə sektorunda ehtiyac duyulan süni intellektə əsaslanan araşdırmaları mərkəzləşdirilmiş və inteqrasiya olunmuş şəkildə idarə edərək daha da inkişaf etdirmək məqsədilə yaradılıb.

"Biz süni intellekti gələcəyi formalaşdıran, məlumatları gücə və vizyona çevirən bir dəyər olaraq görürük. Müdafiə sənayemizdə ehtiyac duyulan süni intellektə əsaslanan işləri daşımaq üçün onları mərkəzi və inteqrasiya olunmuş bir strukturda idarə edərək və yönləndirərək daha da inkişaf etdirəcəyik. Ekosistem daxilində maraqlı tərəflər arasında qarşılıqlı əlaqəni və məlumatlılığı artırmaq məqsədi ilə qurduğumuz Müdafiə Sənayesi süni intellekt klasteri, yenilikçi araşdırmalarla təsirli və səmərəli həllər istehsal edəcək. Yaradılacaq sinerji, müdafiə sənayesi məhsullarımızda süni intellekt, texnologiyanın istifadəsini sürətlə artıracaq və sektorumuzu gələcəyə hazırlayacaq yeni texnologiyalara yol açacaq",- deyə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün bildirib.

Haluk Görgün qeyd edib ki, SAYZEK işləri çərçivəsində, istedad matrisinin yaradılması, diqqət istiqamətləri üzrə əməkdaşlıqların həyata keçirilməsi, mülki sahədəki araşdırmaların müdafiə sənayesinə daşınması, istehsal prosesinin sürətləndirilməsi, ortaq infrastruktur və fokus laboratoriyalarında resurslardan səmərəli istifadə edilməsi, maarifləndirmə təlimləri vasitəsilə süni intellekt şüurunun yaradılması və istedadlı tələbələri sektora cəlb etmək hədəflənir.

Aytac Süleymanova

Twitter: a_alieva_